"123 adam COVİD-19 infeksiyasına yoluxub"
İyunun 4-də Azərbaycanda 123 adam COVİD-19 infeksiyasına yoluxub, 406 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 4 pasiyent ölüb.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 334 min 539 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 326 min 269 nəfər müalicə olunaraq sağalıb, 4933 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 3337 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 551 min 620 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 9585-dir".