Azərbaycanda 277 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

“Bugünkü test sayı isə 6865-dir”.

Source: Meydan TV


64 xəstənin sağaldığı bildirilir

Oktyabrın 13-də Azərbaycanda 277 adam COVİD-19 infeksiyasına yoluxub, 64 nəfər sağalıb, 3 xəstə ölüb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 42 min 381 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: “Onlardan 39 min 468 nəfər müalicə olunaraq sağalıb, 612 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2301 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 187 min 136 testin aparıldığı vurğulanıb: “Bugünkü test sayı isə 6865-dir”.

Ana səhifəSosialAzərbaycanda 277 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb