Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Azərbaycanda 148 virusa yoluxma, 2 ölüm

177 nəfərin sağaldığı deyilir

Sentyabrın 19-da Azərbaycanda 148 adam COVID-19 infeksiyasına yoluxub, 177 nəfər müalicə olunaraq evə buraxılıb, 2 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanda indiyə qədər 39 042 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 pasient vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

O cümlədən, Azərbaycanda son sutkada 6 722, hazırkı dövrədək isə 1 047 906 testin aparıldığı vurğulanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9k6rc4

Ən çox baxılan