426 nəfərin yoluxduğu bildirilir
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 330 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4 792 nəfər vəfat edib. 10 062 nəfər aktiv xəstə sayını təşkil edib".
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 877, bu günə qədər isə ümumilikdə 3 392 930 test icra olunub.