Azərbaycanda 101 nəfər koronavirusa yoluxub

Operativ qərargah Azərbaycanda hazırda 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edildiyini vurğulayıb:

Source: Архив


53 nəfər müalicə olunaraq evə buraxılıb

Mayın 15-də Azərbaycanda 101 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq evə buraxılıb, 1 nəfər isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah bildirib ki, ölən şəxs 1977-ci ildə doğulub və o, xronik böyrək çatışmazlığı, xronik pielonefrit və arterial hipertoniya xəstəliyindın əziyyət çəkirdi.

Operativ qərargah Azərbaycanda hazırda 2980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edildiyini vurğulayıb:

“Onlardan 1886 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər ölüb, 1058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 37 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.

Eyni zamanda, ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 220.363 testin aparıldığını qeyd edilib.

Ana səhifəSosialAzərbaycanda 101 nəfər koronavirusa yoluxub