Azərbaycan yenidən avtoritar rejimlər arasında

“The Economist Intelligence Unit’s” (EİU) təşkilatı 2014-cü il üzrə demokratiya indeksini (Index of Democracy 2014) tərtib edib.

Source:

“The Economist Intelligence Unit’s” (EİU) təşkilatı 2014-cü il üzrə demokratiya indeksini (Index of Democracy 2014) tərtib edib.

Demokratiya indeksi 5 kateqoriyaya əsaslanır: seçki prosesi və plüralizm; vətəndaş azadlıqları; hökumətin fəaliyyəti; siyasi proseslərdə iştirak; siyasi mədəniyyət. Ölkələr bu kateqoriyalar üzrə ayrı-ayrılıqda 10 ballıq sistemlə qiymətləndirilib və yekunda orta qiymət tapılıb.

İlk onluqda 10-a yaxın bal yığmış Norveç, İsveç, İslandiya, Yeni Zelandiya, Niderland, Danimarka, Finlandiya, İsveçrə, Lüksemburq və Avstraliya qərar tutur. Siyahını son, yəni 167-ci yerdə Şimalı Koreya tamamlayır.

Azərbaycan isə 167 ölkə arasında 148-ci yerdə qərar tutub. Xatırladaq ki, keçən il Azərbaycan 140-cı yerdə idi. Bu il 8 pilllə geriləyib. Qonşu Gürcüstan 81, Ermənistan isə 113-cü yerdədir. Bununla da, Azərbaycan Qafqazdakı qonşuları, Ermənistan və Gürcüstandan, müvafiq olaraq, 67 və 35 yer aşağıdadır.

“Ən yaxşı” vəziyyətin 10 balla göstərildiyi hesabatda Azərbaycandakı seçki sistemi və pluralizm- 0.50, hökümətin fəaliyyəti- 2.14, siyasi iştirakçılıq- 3.33, siyasi mədəniyyət- 3.75, sivil azadlıqlar 4.41 bal olub.

Ana səhifəXəbərlərAzərbaycan yenidən avtoritar rejimlər arasında