“Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib”

“QHT-lərin “hüquqi mühit” reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 4,8 baldan 5,6 bala qədər pisləşib”

Source:


“QHT-lərin “hüquqi mühit” reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 4,8 baldan 5,6 bala qədər pisləşib”

Bir neçə illik sabitlikdən sonra 2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sabit inkişafı pisləşib. Strateji və sistemli tədbirlər nəticəsində hökumət alternativ baxışları susdurmağa müvəffəq olub. Hətta 2014-cü ilin mayında Azərbaycan AŞ Nazirlər Komitəsində altı aylıq sədrliyə başladıqdan sonra da bu baş verib.

Bu barədə bu gün dərc edilmiş, USAID (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən ekspert sorğusu əsasında hazırlanmış “Vətəndaş cəmiyyəti təşkilatlarının sabit inkişafı indeksi 2014 – Azərbaycan” adlı  hesabatda deyilir.

Vətəndaş cəmiyyəti atmosferinin pisləşməsi ölkədə iqtisadi tənəzzülə gətirib çıxaran neft qiymətlərinin ucuzlaşması fonunda baş verib. Bu zaman 2014-cü ildə hökumət iqtisadi inkişaf strategiyasını müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyası qəbul edib. Bu sənəd dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafını nəzərdə tutur.

2013-cü ilin sonlarında qəbul edilmiş “QHT-lər haqqında”, “Qrantlar haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə qəbul edilmiş məhdudlaşdırıcı düzəlişlər vəziyyətin pisləşməsinə ciddi təsir edib.

2014-cü il misli görünməmiş həbslər, xaricə səfərlərə qadağalar, istintaqa cəlb edilmələri, yerli və xarici QHT-lərin işinə müdaxilə dalğası ilə müşaiyət olunub. Çox az sayda QHT qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə müvəffəq olub.

QHT-lərin “hüquqi mühit” reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 4,8 baldan 5,6 bala qədər pisləşib.

Həmçinin “təşkilati imkanlar” və “maliyyə imkanları” meyarları üzrə reytinq pisləşib.

Bu, bir sıra xarici donor qurumlarının: İREX, NDİ, Soros Fondunun ölkəni məcburi şəkildə tərk etməsi ilə bağlıdır. Bu zaman yerli filantropiya konsepsiyası inkişaf etməyib.

Hökumətyönlü KİV-in QHT-lər ətrafında yaratdığı mənfi atmosfer nəticəsində vətəndaş cəmiyyətinin “ictimai imici” göstəricisi də pisləşib.

“Xidmətlərin təmin edilməsi” və “infrastruktur” meyarları üzrə reytinqlər 10 ildir orta səviyyədə sabit qalır.

2015-ci ildə vətəndaş cəmiyyəti təşkilatlarının sabit inkişafının ümumi indeksi 2013-cü illə müqayisədə bir neçə bənd pisləşərək, 5,1 təşkil edib.

Ana səhifəXəbərlər“Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib”