Azərbaycan Tokio-2020-də ikinci “gümüş”ü qazandı

Tokio Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.

Source: Specify Source


Güləşçi yaponiyalı rəqibinə məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

65 kq çəki dərəcəsində mübarizə aparan Əliyev həlledici görüşdə yaponiyalı Takuto Otoquro ilə üz-üzə gəlib və 4:5 hesabı ilə məğlub olub. Bununla da, Əliyev gümüş medal qazanıb.

Hacı Əliyevdən əvvəl Azərbaycanın Tokio-2020 Olimpidasında ilk gümüş medalını dünən karate üzrə Rafael Ağayev qazanmışdı.

Tokio Yay Olimpiya Oyunları avqustun 8-də başa çatacaq.

Ana səhifəSosialAzərbaycan Tokio-2020-də ikinci “gümüş”ü qazandı