– Mən tamam şüurlu şəkildə televizora baxmıram. Televiziya böyük təsir imkanlarına malikdir. Mən istəmirəm ayrı dövlətin televiziyası mənə təsir etsin. İstəyirəm ki, öz övlətimin yaxşı televiziyası olsun. Yüksək səviyyədə tok-şoular keçirsinlər, siyasət barədə, ədəbiyyat barədə, mədəniyyət barədə, hər şey-bizim həyatımız barədə balaca “şparqalkasız”, özləri, savadlı adamlar. Yəqin ki, onlar var. Heyf ki, görünməyən səviyyədədirlər.
– Əlbəttə, mən hamısını izləyirəm. Bu gün hər birimizin vəzifə borcumuzdur dövlətə, dövlətçiliyə xidmət etmək. Televiziya kanallarında cənab prezidentimizin xarici qonaqları necə qarşılaması, dövlət başçılarına məktubları, bu gün Azərbaycanımızda görülən uğurlu islahatların işıqlanması vacibdir. Televiziyanın da elə vəzifə borcudur.
– Baxırıq, özü də xoşumuza gəlir, çox xoşumuza gəlir.
– Biz Türkiyəyə baxırıq ancaq. Bizdə nə göstərir ki, ona da baxaq? Maraqlı bir şey yoxdur axı bizim kanallarda.
– Bir o qədər baxmıram. Ancaq idman verilişlərinə, bir də nə xəbər olur ona baxırıq boş vaxt olanda. O da vacib deyil.
– Tərbiyəvi əhəmiyyətli olan, əxlaqlı mövzular olanda, baxırıq.
– Əsasən türk televiziyasını izləyirəm. Azərbaycanın da xəbərlərini.
– İbrətamiz, maarifləndirici verilişlər olanda baxırıq. Təbii də, azərbaycanlı olduğumuz üçün Azərbaycan kanallarına da baxırıq. Bəzi verilişlər var ki, olmasa yaxşıdır, ammaolursa, nə etmək olar? Baxırıq, məcburi olaraq.
– Həqiqi xoşum gəlmir. Televiziya şoudur, yalan məlumatdır, vəssalam.
– Yox. Azərbaycan kanallarına ümumiyyətlə yox. Xoşum gəlmir verilişlərdən.
Bu yazı 8 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 17 Noyabr 2016 02:15