Azərbaycan tam üzən məzənnəyə keçir

Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək.

Source:
Манаты
Манаты


Azərbaycan gələn il tam üzən məzənnə rejiminə keçəcək

“Report” yazır ki, bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir.

Bu addım yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi tədbirləri çərçivəsində atılacaq. Yeni məzənnə rejiminə keçidi Azərbaycan Mərkəzi Bankı Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə təmin edəcək.

Bu qurumlar həmçinin banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində tədbirlər görəcək. Maliyyə Sabitliyi Şurası isə makroiqtisadi əlaqələndirmə ilə məşğul olacaq.

Ana səhifəXəbərlərAzərbaycan tam üzən məzənnəyə keçir