Azərbaycan Serbiyadan izahat tələb edib (yenilənib)

“Azərbaycan daima Serbiyaya çətin gündə yardım edib”

Source: Meydan TV

***


Gürcüstan ərazisindən Ermənistana minomyotların çatdırılması haqqında məlumatları təkzib edib.


Bu barədə qonşu ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.


Bildirilib ki, Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil.


Xarici İşlər Nazirliyi hesab edir ki, qeyri-dəqiq, qərəzli məlumatlar ictimaiyyəti çaşdırır və Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığına və dostluğuna kölgə salmağa çalışır.


Bəyanatda vurğulanıb ki, mətbu orqanın məqaləsi qərəzlidir və iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə problem yaratmağa yönəlib.

***


“Azərbaycan daima Serbiyaya çətin gündə yardım edib”

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç iyulun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Onun nazir müavini Xələf Xələfovla görüşü olub.

Görüşə səbəb kimi, Serbiyanın Ermənistana minomyotlar və müxtəlif kalibrli sursatlar göndərməsidir.

Xələf Xələfov bildirib ki, bu barədə Azərbaycan tərəfində təsdiqlənmiş məlumat var.

Nazir müavini xatırladıb ki, iyulun 12-dən başlayan döyüşlərdə erməni tərəfi məhz müxtəlif kalibrli minomyotlardan istifadə edib və Azərbaycan tərəfi bir general mayor, 11 hərbi qulluqçu itirib.

Xələf Xələfov həmçinin xatlrladıb ki, Azərbaycanla Serbiya arasında ikitərəfli strateji əməkdaşlıq haqqında saziş var və hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır.

Nazir müavini həmçinin xatırladıb ki, Azərbaycan daima Serbiyaya çətin vaxtlarda yardım əlini uzadıb. O bildirib ki, belə bir hal ikitərəfli münasibətlərə kölgə salır və xələl gətirir.

Xələf Xələfov qarşı tərəfdən məsələ ilə bağlı izahat tələb edib.

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib və həmin məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib.

İyulun 20-də Azərbaycan mətbuatında Serbiyanın Gürcüstan ərazisi ilə Ermənistana minomyotlar və digər silahlar göndərdiyi barədə məlumatlar dərc edilib. Bildirilib ki, silahlar iyulun 12-dən az əvvəl və döyüşlər gedən zaman Ermənistana çatdırılıb.

Ana səhifəXəbərlərAzərbaycan Serbiyadan izahat tələb edib (yenilənib)