Azərbaycan səhiyyənin durumuna görə sonuncu sıradadır

Ölkədə səhiyyənin səmərəliliyi indeksi 30.9-dur

Source:


Ölkədə səhiyyənin səmərəliliyi indeksi 30.9-dur

Azərbaycan səhiyyə sisteminin durumuna görə dünyanın ən axırıncı ölkələri sırasındadır.

“Bloomberg” agentliyi səhiyyə sisteminin effektliliyini əks etdirən yeni

reytinq cədvəlini dərc edib

. Cədvəldə əhalisi 5 milyondan artıq olan 55 ölkənin adı var. Bu ölkələr arasında Azərbaycan 53-cüdür. Ondan sonrakı sıralarda Braziliya və Rusiya gəlir.

“Bloomberg” səhiyyə sisteminin effektliliyi indeksini müəyyən edərkən ölkə əhalisinin orta ömrünün uzunluğu, səhiyyəyə xərclənən vəsaitin miqdarını (başqa xərclərə nisbətən və bütövlükdə) da nəzərə alıb.

Azərbaycanda səhiyyənin səmərəliliyi indeksi 30.9-dur. Azərbaycan sakinlərinin orta ömrü 70 yaş göstərilib. Ölkənin ÜDM-sinin cəmi 6 faizinin səhiyyəyə xərcləndiyi müəyyən edilib, bu isə adambaşına ildə 47 dollardır.

Səhiyyəyə çəkilən xərc dedikdə, agentlik xəstəliklərin önlənməsi və müalicə tədbirləri, ailə planlanması, qida və təcili yardımla bağlı xidmətlərə ayrılan vəsaitləri nəzərdə tutduğunu bildirir.

Siyahıya başçılıq edənlər Honkonq, Sinqapur, İspaniyadır. Honkonqda əhalinin orta ömrü 83-84 ildir, səhiyyəyə xərclənən vəsait adambaşına 2 min dollardan çoxdur.

Birləşmiş Ştatlar adambaşına səhiyyə xərclərinə görə birincilərdən olsa da (9 min 400 dollar), səhiyyənin effektivliyi indeksi 32.6 olduğundan ölkə siyahıda xeyli aşağı düşüb (50).

Qonşu ölkələrdən Türkiyə həm səhiyyə sahəsində aparılan islahatlara (10), həm də səhiyyənin effektliliyi indeksinə (49.8) görə 25-ci yerdədir. İran 30-cudur, islahatların göstəricisi 22, səhiyyənin effektivliyi indeksi 47.6-dır. Rusiya sonuncudur (55), islahatların əlaməti yoxdur, səhiyyənin effektivliyi indeksi 24.3-dür.

“Bloomberg” agentliyi reytinq cədvəlini Dünya Bankı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Honkonq Səhiyyə Departamenti və Tayvanın Sağlamlıq və Rifah Nazirliyinin məlumatlarına əsasən hazırlayıb.


Tərcümə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərAzərbaycan səhiyyənin durumuna görə sonuncu sıradadır