Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) əsgər Elyarbəy Beyqalı oğlu Məmmədov həlak olub.
Məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə MAXE E.Məmmədov 1984-cü ildə Samux rayonunun Sarıqaya kəndində anadan olub. Hərbçi sentyabrın 22-də yaşadığı kənddə torpağa tapşırılacaq.