Bayram günlərində 2 hərbi qulluqçumuz Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində yaralanıb. Bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyi: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Novruz və Pasxa bayramları müddətində atəşkəs rejiminə ciddi əməl edilməsi çağırışı Ermənistan tərəfindən birtərəfli qaydada rədd edilib.”
Bu günlər ərzində Ermənistan silahlı bölmələri tərəfindən açılan atəşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində martın 19-da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rüstəmov Əsəd Vahid oğlu və martın 20-də isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Həsənov Nicat Cəbrayıl oğlu yüngül yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib və onların həyatı üçün heç bir təhlükə yoxdur.