Azərbaycan Ordusu daha bir şəhid verdi

Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub

Source:


Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub

Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, mövqelərimizi atəşə tutublar.

Nəticədə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Xəbəri Müdafiə Nazirliyi yayıb. Nazirliyin rəsmi saytında qeyd olunur: “Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaqdır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir”.

Ana səhifəXəbərlərAzərbaycan Ordusu daha bir şəhid verdi