Azərbaycan nefti ucuzlaşır

Dünya bazarında isə neftin qiyməti qalxır

Source:
Neft
Neft


Dünya bazarında isə neftin qiyməti qalxır

Dünya bazarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar artaraq 43,59 dollar olub. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,43 dollar artaraq 45,88 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti isə 3 faizdən çox ucuzlaşıb. APA-nın məlumatına görə, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 1,50 dollar və ya 3,13 faiz azalaraq 46,41 dollar olub.

Ana səhifəXəbərlərAzərbaycan nefti ucuzlaşır