Azərbaycan nefti 50 dolları ötüb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Mənbə: “makroblog.az”
Neft
Neft


Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiymətinin 0,38 dollar azaldığı bildirilir. İndi “Layt” neftin 46,06 dollara satıldığı deyilir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin də qiymətinin 0,45 dollar düşdüyü açıqlanıb. “Brent” neft 48,38 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 2,46 dollar bahalaşıb. “AzəriLayt” 50,51 dollara yüksəlib.

Ana səhifəXəbərlərAzərbaycan nefti 50 dolları ötüb