OPEC-ə qeyri-üzv ölkələr neft hasilatının ümumi həcmini azaltmağı qərara alıblar
OPEC-ə qeyri-üzv ölkələr bu gün Vyanada keçirilən görüşdə neft hasilatının ümumi həcmini sutkada 612 min barel azaltmağı qərara alıblar. “TASS” -ın xəbərinə görə, bu barədə Nigeriya Neft Nazirliyinin “Tvitter” səhifəsində dərc edilmiş məlumatda bildirilir. (APA)
12 ölkənin yer aldığı siyahıda Rusiya neft hasilatının həcmini sutkada 300 min barel, Meksika – 100 min, Qazaxıstan 50 min, Oman – 45 min, Azərbaycan və Malayziya – hər biri 35 min, Bəhreyn və Ekvatorial Qvineya – hər biri 12 min, Cənubi Sudan – 8 min, Bruney – 7 min, Sudan və Boliviya isə hər biri 4 min barel azaltmağı qərara alıblar.
“Reuters”-in məlumatına görə isə, OPEK-ə qeyri-üzv ölkələr neft hasilatının ümumi həcmini sutkada 562 min barel azaltmağı qərara alıblar.
OPEC-ə üzv olan ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib.