Azərbaycan namizəd statusunda qaldı

Qurum ölkəyə növbəti toplantıya qədər vaxt verdi

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


Qurum ölkəyə növbəti toplantıya qədər vaxt verdi

Oktyabrın 26-da “Mədən sənayesində şəffaflıq təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib.

Bu barədə məlumatı MSŞT üzrə Beynəlxalq İdarə Heyətinin üzvü, iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazıb.

Onun verdiyi məlumata görə, qurumun qərarda deyilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli proqres əldə edib və bir neçə fərdi tələb üzrə irəliləyişə nail oub. İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.

Qubad İbadoğlu foto Meydan TV
Qubad İbadoğlu foto Meydan TV

“İdarə heyəti hesab edir ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı “Vətəndaş cəmiyyətinin iştirakı” standartı üzrə vəziyyəti qənaətbəxş deyildir. Odur ki, İdarə Heyəti hökumətə və çoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edir. Əgər islahedici tədbirlər planının icrası uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarına görə fəaliyyəti dayandırılır” – Qubad İbadoğlu qeyd edib.

İdarə Heyəti həmçinin katibliyə tapşırıb ki, növbəti toplantıya qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. İdarə Heyəti növbəti addımları qiymətləndirmə hesabatı və MSŞT standartı əsasında müəyyənləşdirəcək.

MSŞT-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının 8-9 mart 2017-ci ildə keçirilməsi planlaşdırılıb.

Ana səhifəXəbərlərAzərbaycan namizəd statusunda qaldı