Azərbaycan millisi AÇ-2024-ə məğlubiyyətlə başlayıb

Mənbə: UEFA

Komanda Avstriya yığmasına böyük hesabla uduzub

Futbol üzrə Azərbaycan milli komandası martın 24-də Avropa çempionatı-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Yığma komanda seçmə mərhələdə ilk matçına səfərdə çıxıb. İtaliyalı baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi komanda Avstriya yığmasının qonağı olub.

F qrupu çərçivəsində “Rayffayzen Arena”da keçirilən oyun Avstriya yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Belçika millisi səfərdə İsveçi 3:0 hesabı ilə məğlub edib.

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti matçını martın 27-də, səfərdə İsveç yığmasına qarşı keçirəcək.

Ana səhifəXəbərlərAzərbaycan millisi AÇ-2024-ə məğlubiyyətlə başlayıb