Azərbaycan Meksikaya nota verib

Meksika parlamentinin sədri deputatların Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı təəssüfləndiyini bildirib

Source:
Arxiv foto
Arxiv foto


Meksika parlamentinin sədri deputatların Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı təəssüfləndiyini bildirib

Azərbaycan Meksikaya, bu ölkənin üç deputatının Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı diplomatik nota verib.

Azərbaycanın Meksikadakı səfirliyinin məlumatına əsasən, notadan başqa deputatlar Palatasının sədri və Azərbaycan-Meksika Dostluq Qrupunun meksikalı həmsədrinə məktublarla müraciət edilib.

Notada və müraciətdə Meksika deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı Azərbaycanın ciddi narahatlığı çatdırılıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğu bildirilib, həmin halın araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsi tələb edilib.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkili Məmməd Talıbovun ölkənin Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin ilə bununla bağlı görüşündə, sonuncu Bir neçə gün əvvəl müxalif MORENA və PRD adlı siyasi partiyaları təmsil edən üç meksikalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunaraq, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edib, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatasının, nə də həmin deputatların aid olduqları siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil, yalnız öz fərdi mövqelərini əks etdirdiyini bildirib.

Oktyabrın 23-də Meksika parlamentinin üzvləri – Blanka Marqarita Kuata Dominguez, Maria Kristina Teresa Qarsia Bravo və Karlos Hernandez Miron Azərbaycanın işğal edilmiş ərazilərinə-Dağlıq Qarabağa qanunsuz səfər ediblər.

Ana səhifəXəbərlərAzərbaycan Meksikaya nota verib