”Azərbaycan İspaniyanın ərazi bütövlüyünə hörmət edir”

Səsverənlərin 90 faizi Kataloniyanın müstəqilliyini dəstəkləyib

Source:


Səsverənlərin 90 faizi Kataloniyanın müstəqilliyini dəstəkləyib

“Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət edir”.

Meydan TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqilliklə bağlı keçirilən referenduma münasibət bildirərkən deyib.

H.Hacıyev bəyan edib ki, biz mövcud vəziyyətin İspaniyanın konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq.

İspaniyanın Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon referendumun nəticələrini elan edərək, bildirib ki, referendumda 5,3 mln. seçicidən 2,2 mln. nəfəri iştirak edib.

Foto Reuters
Foto Reuters

“Səsverənlərin 90 faizi müstəqilliyin lehinə səs verib”, – deyə Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul mətbuat konfransında bildirib.

Rəsmi Madrid referendumu qeyri-qanuni elan edib.

İspaniya polisi 2300 səsvermə məntəqəsinin 319-nu bağlayıb. Kataloniya rəsmilərinin bildirdiyinə görə, polislə qarşıdurmada 800 nəfərə yaxın xəsarət alan var.

İspaniya Daxili İşlər Nazirliyi xəsarət alanların sayını təsdiq etməsə də, 12 polis əməkdaşının yaralandığını bildirib.

Ana səhifəXəbərlər”Azərbaycan İspaniyanın ərazi bütövlüyünə hörmət edir”