Azərbaycan-İran sərhədi 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərəcək

Hazırda Astara sərhəd-keçid məntəqəsi Bakı vaxtı ilə hər gün səhər saat 8:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərir

Source:
Astara gömrüyü, arxiv foto
Astara gömrüyü, arxiv foto


Hazırda Astara sərhəd-keçid məntəqəsi Bakı vaxtı ilə hər gün səhər saat 8:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərir

Azərbaycan-İran sərhədində yaranan mövsümi növbələrin aradan qaldırılması üçün təkliflər hazırlanıb.

APA-nın məlumatına görə, bu barədə Xaçmazda jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

bildirib.

O deyib ki, İran tərəfi 24 saatlıq iş rejiminə keçməklə bağlı öz təklifini bildirib.

“Biz də müraciət etmişik ki, Gömrük Komitəsinə bu istiqamətdə kadrların artırılması istiqamətində köməklik lazımdır” A. Əliyev qeyd edib.

Onun sözlərinə görə, bununla bağlı hökumət və Maliyyə Nazirliyinə təkliflər verilib:

“24 saatlıq iş rejiminə keçəndən sonra bu tıxaclar aradan qaldırılacaq”.

İranla gömrük məntəqələrində yaşanan neqativ hallarla bağlı mediada çoxsaylı yazılar dərc

edilib.

2016-cı ilin dekabrın 30-da Astara Gömrük Məntəqəsində yaranan basırıq nəticəsində Astara rayon sakini İlqar Kərimov ürəktutmasından vəfat edib. Yerli sakinlər basırığa səbəbin Gömrük Məntəqəsində iş rejiminin olduğunu deyiblər.

Ana səhifəXəbərlərAzərbaycan-İran sərhədi 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərəcək