“Azərbaycan hökuməti onu dərhal azad etsin”

“Bu hökumətin onu tənqid edənləri susdurmaq cəhdidir”

Source:

Amerikanın Yayım Şurası (



Broadcasting Board of Governors



) Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsindən hiddətləndiyini bildirib və Azərbaycan hökumətini onu dərhal azad etməyə çağırıb.

AzadlıqRadiosu xəbəe verir ki, Şura bu həbsi “hökumətin onu tənqid edənləri susdurmaq cəhdi” adlandırıb.

Bu barədə şuranın sədri Jeff Shell öz açıqlamasında qeyd edib.

Qeyd edək ki, 5 dekabrda  Xədicə İsmayılovaya qarşı



2 ay həbs qətimkan tədbiri seçilib



. O, Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

Ana səhifəXəbərlər“Azərbaycan hökuməti onu dərhal azad etsin”