Jurnalist Xədicə İsmayılova həbs olundu (VİDEO)

Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs- qətimkan tədbiri seçilib. Xədicə İsmayılova həbsinin qanunsuz olduğunu bildirib.

Vəkil Elton Quliyev isə həbsin onun jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyib.

Vəkil onu da əlavə edib ki, xanım jurnalist Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasına aparılıb, dekabrın 6-da Kürdəxanıya köçürüləcək.

Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Bunu Meydan TV-yə açıqlamasında Tural Mustafayev deyib. Onun sözlərinə görə, intihar etməyə cəhd göstərməsinin səbəbini araşdıran istintaq belə qənaətə gəlib ki, Xədicə İsmayılova onu özünü öldürmə həddinə çatdırıb. “İstintaq araşdırma mərhələsindədir. Mən istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkmişəm. Ona görə də ifadəmlə bağlı heç nə deyə bilmərəm. İstintaq yekunlaşdıqdan sonra mətbuata açıqlama verəcəm” – deyə Tural Mustafayev bildirib.

Ana səhifəVideoJurnalist Xədicə İsmayılova həbs olundu (VİDEO)