Azərbaycan hökuməti 62 min 500 avro cərimələndi

Hakimiyyət Nuriyə Xalikovanın azadlıq, mənzil və mülkiyyət hüquqlarını pozub

Source:


Hakimiyyət Nuriyə Xalikovanın azadlıq, mənzil  və mülkiyyət hüquqlarını pozub

“Qış Bulvarı” (Qış parkı) salınması adıyla mənzillərindən məhrum olanlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi ilk qərarını (http://hudoc.echr.coe.int/eng… ) qəbul etdi. Nuriyə Xalikovanın ərizəsi üzrə Məhkəmə müəyyən edib ki, onun İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 5 (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələri, eləcə də həmin Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə nəzərdə tutulmuş hüquqları pozulub.

Bu barədə vəkil Fuad Ağayev öz Facebook səhifəsində yazıb.

Nuriyyə Xalikova Füzuli küçəsində (köhnə Basin) yaşayırdı.

Cənab Ağayev bildirib ki, maddi zərərə görə 45000, mənəvi zərərə görə 15000, xərclərə görə 2500 avro məbləğində Azərbaycan hökumətinə qarşı təzminat müəyyən olunub.

Ana səhifəXəbərlərAzərbaycan hökuməti 62 min 500 avro cərimələndi