Azərbaycan Fransaya etiraz edəcək

”İkili standartlar Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”

Source:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian


”İkili standartlar Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa tərəfinə diplomatik kanallarla etirazını bildirəcək.

Buna səbəb Azərbaycanın işğal olunan ərazilərində yaradılan “Dağlıq Qarabağ Respublikasının” rəhbəri kimi təqdim olunan Bako Saakyanın bu ölkəyə səfəridir.

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir”, – XİN-in bəyanatında deyilir.

Azərbaycan XİN bildirib ki, bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki iki ölkə arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, o eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir:

“Fransanın qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır. Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur”.

XİN bəyan edib ki, Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək və Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir.

Bako Saakyanın noyabrın 14-də Fransaya səfəri başlayıb.

Ana səhifəXəbərlərAzərbaycan Fransaya etiraz edəcək