”Azərbaycan ərzaq buğdasına olan ehtiyacını idxalın hesabına ödəyir”

Vahid Məhərrəmov: ”Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur”

Vahid Məhərrəmli. Foto: Meydan TV
Vahid Məhərrəmli
Vahid Məhərrəmli


Vahid Məhərrəmov: ”Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur”

“Ərzaq buğdası bahalaşıb. Bu, çörəyin qiymətinin qalxmasına gətirib çıxara bilər”.

Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

O, bildirib ki, bu gün dünya bazarında ərzaq buğdasının 1 tonu 237 dollara təklif olunur. 2016-cı ilin dekabrında ərzaq buğdasının 1 tonu 122,8 dollara, 2018-ci ilin yanvarında isə 192 dollara təklif olunurdu:

“Azərbaycan özünün ərzaq buğdasına olan ehtiyacını tam idxalın hesabına ödəyir. Bu ilin 7 ayı ərzində ölkəyə 106 milyon dollar dəyərində 598 min ton buğda idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur”.


Dövlət Statistika Komitəsi

nin son məlumatında deyilir ki, 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2018-ci il buğda idxalı 22,2 faiz artıb:

“Bundan əlavə, bitki yağlarının idxalı – 44,5, təzə meyvə – 49,1, çay – 13,0 faiz artıb”.

V.Məhərrəmov deyir ki, bu gün Azərbaycanda ərzaq təhlükəsizliyinə təminat yoxdur. Onun sözlərinə görə, ölkədaxili istehsal hesabına qida məhsullarına olan təlabatın yarısını, 50 faizini ödəyə bilir:

“Müharibə şəraitində yaşayan və iqtisadiyyatı bərbad durumda olan ölkə üçün bu olduqca təhlükəli haldır. Ölkənin ərzaq buğdasına olan təlabatı (1,3 milyon ton) tam olaraq Rusiyanın hesabına ödənilir. Son illər Rusiyanın ixrac etdiyi taxıl məhsullarının keyfiyyəti pisləşib. Hətta bir müddət əvvəl Rusiya ixrac etdiyi buğdada insan orqanizmi üçün təhlükə yaradan toksik maddə aşkar olunmuşdu”.

Vahid Məhərrəmov deyir ki, ölkədə ət, süd, meyvə, tərəvəz, kartof istehsalı çox ciddi şəkildə azalıb və bu adda məhsulların idxalı artıb, idxal olunan ərzaq mallarının keyfiyyəti aşağı olduğu halda, istehlakçılara yüksək qiymətə təklif olunur:

“Ölkəyə gətirilən ərzaq mallarının keyfiyyətinə nəzarət sistemi yoxdur. Azərbaycan hökuməti əhalini keyfiyyətli, münasib qiymətə, fizioloji normaya uyğun qida məhsulları ilə təmin edə bilmir”.

Ana səhifəXəbərlər”Azərbaycan ərzaq buğdasına olan ehtiyacını idxalın hesabına ödəyir”