Azərbaycan-Ermənistan sərhəddində atışma (yenilənir)

Ermənistan tərəfdən 3, Azərbaycan tərəfdən 1 hərbçinin öldüyü bildirilir

Ermənistan ordusu, Mənbə: Reuters
Ermənistan ordusu
Ermənistan ordusu


15.57.

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.

Bu barədə Müdafiə Nazirliyi APA-nın sorğusuna cavab olaraq bildirilib.

MN-dən bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

“Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb”. – deyə MN-dən bildiriblər.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan MN döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.


***


15.40. “Dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır”. Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.



“Araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək”, – məlumatda əlavə olunub


***


15.15.


Ermənistanın Müdafiə Nazirliyi isə

iddia edir ki,

 Azərbaycan 7 hərbçi itirib.

Nazirliyin sözçüsü Ermənistan ordusunun mövqe əldə verməsi haqda yayılan məlumatları da təkzib edib.


***

Azərbaycanın işğal olunmuş Ağdam rayonunun təmas xəttində yerləşən Əhmədağalı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, ermənilərin atdığı mərmilərdən biri kənd sakini Mətləb Əliyevə məxsus ikimərtəbəli evə düşüb. Nəticədə yanğın baş verib və 8 otaqlı 338 kv.m-lik evin 318 kv.m-i əşyaları ilə birlikdə tamamilə yanıb.

Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf əsasən yandırıcı güllələrdən və mərmilərdən istifadə edib. Atılan mərmilərdən biri evin dam örtüyünə düşüb.

Yanğın zamanı ev sahibləri mənzildə olublar. Xəsarət alan olmayıb.


***


14.15. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən pusquya düşüb: “Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür. Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.


Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir”.


***


Ermənistan tərəfdən 3, Azərbaycan tərəfdən 1 hərbçinin öldüyü bildirilir

Dekabrın 29-da Ermənistan-Azərbaycan sərhəddində baş vermiş hərbi toqquşmalar zamanı üç erməni hərbçi – iki əsgər və zabit həlak olub. Bu barədə məlumatı “Panarmenian.net” saytı yayıb.

Öldürülən hərbçilər baş leytenant Şavarş Melikyan, sıravı əsgərlər Edqar Narayan və Erik Abovyandır.

Erməni tərəfi bildirib ki, bu, Azərbaycan Silahlı Qüvvələrinin təxribatı nəticəsində baş verib. Erməni mənbələrinin məlumatına görə, Azərbaycan tərəfdən hücum edənlərdən biri həlak olub.

İnsident Ermənistanın Tavuş rayonunun Çinar kəndinin cənub-şərqində baş verib.

Azərbaycanın Müdafiə Nazirliyi hələlik məlumatı şərh etmir.

Ana səhifəXəbərlərAzərbaycan-Ermənistan sərhəddində atışma (yenilənir)