Azərbaycan ərəb ölkələri üçün viza rejimini sadələşdirib (yenilənib)

2016-cı ilin birinci yarısında Ərəb ölkələrindən Azərbaycana 25 min turist gəlib

Source:

2016-cı ilin birinci yarısında Ərəb ölkələrindən Azərbaycana 25 min turist gəlib

2016-cı il fevralın1-dən etibarən Körfəz ölkələri vətəndaşlarına tətbiq olunan viza rejimi qaydaları sadələşdirilib. İlin birinci yarısında Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı 25 min nəfər təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) 22 min nəfər (8 dəfə) çoxdur.

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, 2016-cı ilin birinci yarım ili ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 19 dəfə (10 086 nəfər), Bəhreyndən gələn qonaqların sayında (32 nəfər) 13 dəfə artım (422 nəfər) qeydə alınıb.

Qeyd olunur ki, Ərəb ölkələrindən Azərbaycana ən çox turist İraqdan gəlib. Cari ilin ilk altı ayı ərzində Azərbaycana 11 028 İraq vətəndaşı səfər edib. Bu rəqəm 2015-ci ilin yanvar-iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

“Trend” Dövlət Statistika Komitəsinə istinadən yazır ki, 2015-ci ildə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 006,2 min, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 4 095,8 min nəfər olub.  Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında Rusiya, Gürcüstan və İran ilk 3 yeri tutub.  Ötən il Azərbaycana Rusiyadan 685 555 (2014-cü ildə 843 851), Gürcüstandan 571 648 (2014-cü ildə 699 532), İrandan 149 600 (2014-cü ildə 131 179) nəfər gəlib.

Ana səhifəXəbərlərAzərbaycan ərəb ölkələri üçün viza rejimini sadələşdirib (yenilənib)