Azərbaycan “Böyük sülh sazişi”nə hazırdır

Hikmət Hacıyev: “Bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

Source:


Hikmət Hacıyev: “Bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür”

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar.


AzərTAc

 ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri

Sergey Lavrov

, ABŞ-ın dövlət katibi

Con Kerri

 və Fransanın Avropa işləri üzrə dövlət katibi

Harlem Desir

 tərəfindən imzalanan bəyanatda həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyə tam sadiq olduqları bildirilir. Tərəflər zorakılıqdan çəkinməyə və münaqişənin qəti həlli üzərində fəal çalışmağa çağırılır. Bildirilir ki, iyul və avqust aylarında hərbi fəaliyyətlər ciddi itkilərə səbəb olub, gərginliyi artırıb və qarşılıqlı etimadsızlığı dərinləşdirib. Tərəflərin atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədilə əlavə tədbirlər görməsinin və sülh danışıqlarının inkişafı üçün əlverişli mühit yaratmalarının vacibliyi qeyd edilir.

Bəyanatda hərtərəfli sülh razılaşması üçün danışıqların mümkün qədər tez başlamasının zəruriliyi diqqətə çatdırılır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatı ilə bağlı AzərTAc-a məxsusi müsahibə verib.


– ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin 4 dekabr tarixli birgə bəyanatını necə şərh edərdiniz?

– ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər səviyyələrdə verilmiş bəyanatlarda daim vurğulanıb ki, mövcud status-kvo qəbuledilməzdir. Mövcud status-kvo Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyətdir. Beləliklə, mövcud status-kvo Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə dəyişdirilə bilər.

Hərbi helikopterin vurulmasının qaçıla bilən fəlakət olması barədə bəyanatda yer alan məqama münasibətdə onu qeyd etmək lazımdır ki, prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət irəliləyiş fonunda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində lüzumsuz genişmiqyaslı hərbi təlimlər keçirilməsəydi və Ermənistan silahlı qüvvələrinə məxsus helikopterlər Azərbaycan qoşunlarının ön döyüş xətti üzərində təhrikedici döyüş və hücum hərəkətləri etməsəydi, bu insident də baş verməzdi.


– Bəyanatda ən tez bir zamanda “Böyük sülh sazişi” üzərində danışıqlara başlamaq barədə tərəflərə çağırış da edilib.

– Prezidentlərin Paris görüşündən dərhal sonra Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənən “Böyük sülh sazişi” üzərində işləməyə hazır olduğunu bəyan etmişdi. Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxışı zamanı “Böyük sülh sazişi” üzərində işləmək üçün Azərbaycanın hazır olduğunu bir daha vurğulayıb. Nazir Elmar Məmmədyarov çıxışında onu da qeyd edib ki, Ermənistan bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməlidir. Göründüyü kimi, Azərbaycanın mövqeyi bu məsələdə də tam şəkildə aydındır. İndi bu çağırışı adekvat şəkildə cavablandırmaq üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Ana səhifəXəbərlərAzərbaycan “Böyük sülh sazişi”nə hazırdır