AZAL-dan Gəncə Hava Limanındakı olayla bağlı açıqlama

”Bir-birinə qarşı heç bir fiziki təzyiq göstərməyiblər”

Source: Specify Source


Paşa Kəsəmənski: "Fiziki təzyiq olmayıb, mübahisə ediblər"

“Azərbaycan Hava Yolları"” QSC-nin (AZAL) Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava düşməsi məsələsinə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Meydan TV-yə bildirib ki, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev mübahisə ediblər.

O, əlbəyaxa davanı təkzib edib: “Onlar iş prosesi zamanı sözləşiblər. Bir-birinə qarşı heç bir fiziki təzyiq göstərməyiblər. Sadəcə, sözləşiblər, bununla da məsələ bitib”.

“Report”un xəbərinə görə, Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar.

Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir. İnsidentə polis müdaxilə edib. Hazırda fakt araşdırılır.

Ana səhifəSosialAZAL-dan Gəncə Hava Limanındakı olayla bağlı açıqlama