AZAL bələdçiləri sərbəst buraxılıb

“Bələdçilərin sərnişinlərdən birinin şikayəti əsasında saxlandığı deyilir”

Source:


“Bələdçilərin sərnişinlərdən birinin şikayəti əsasında saxlandığı deyilir”

Londonda saxlanan AZAL bələdçiləri yanvarın 26-da sərbəst buraxılıb. Bu barədə “Report”a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O, bələdçilərin yaxın günlərdə Azərbaycana qayıdacağını söyləyib.

AZAL-ın mətbuat xidmətinin məlumatına görə, bələdçilərin saxlanmasına səbəb sərnişinlərdən birinin spirtli içkidən həddindən artıq istifadə etməsi olub. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsini tələb edib. Təyyarə bələdçiləri onun tələbini yerinə yetirməyiblər. Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında həmin sərnişin London polisinə təyyarə bələdçilərinin onu təhqir etməsi ilə bağlı şikayət edib. Bundan sonra bələdçilər saxlanmışdılar.

Ana səhifəXəbərlərAZAL bələdçiləri sərbəst buraxılıb