”Azadlıq” qəzetinin daha 2 əməkdaşı ifadə verib

“Suallar əsasən azadliq.info saytının fəaliyyəti ilə bağlı idi”

Source:


“Suallar əsasən azadliq.info saytının fəaliyyəti ilə bağlı idi”

Fevralın 22-də “Azadlıq” qəzetinin köşə yazarı Şahvələd Çobanoğlu və əməkdaşı Təzəxan Mirələmli Baş Prokurorluğa çağrılıb.

Bu barədə Meydan TV-yə Təzəxan Mirələmli məlumat verib. Bildirib ki, müstəntiq Aqil Əsgərova şahid qismində ifadə verib. Dindirilmənin hansı işlə bağlı olduğunu soruşanda “Faiq Əmirova başlanmış cinayət işi ilə bağlıdır”, – cavabını alıb.

“Həmin işdə hal şahidi olduğumu bildirdim. Müstəntiq isə sualların başqa epizodla bağlı olduğunu bildirdi. Suallar əsasən azadliq.info saytının fəaliyyəti ilə bağlı idi”, – deyə Təzəxan Mirələmli bildirdi.

Fevralın 18-dən 21-nə kimi “Azadlıq” qəzetinin 7 əməkdaşı – Rövşən Hacıbəyli, İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdular.

“Azadlıq” qəzetinin əməkdaşları Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər.

Ötən il avqustun 20-də saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirli “Azadlıq” qəzetinin maliyyə direktoru, AXCP sədrinin köməkçisi olub. Həbsindən sonra “Azadlıq” qəzetinin çapı dayanıb.

AXCP F. Əmirlinin həbsini siyasi sifariş sayır.

Ana səhifəXəbərlər”Azadlıq” qəzetinin daha 2 əməkdaşı ifadə verib