“Azadlıq” qəzetinin çapı dayandırıla bilər

“Azərbaycan” Nəşriyyatı qəzetdən 18 min manatlıq borcunu tələb edir

Source:



“Azərbaycan” Nəşriyyatı qəzetdən 18 min manatlıq borcunu tələb edir

“Azərbaycan” Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinə iyun ayının 1-ə qədər borcunun ödənməsi tələbini qoyub. Bu haqda qəzetin baş redaktor müavini Rahim Hacıyev məlumat verib. O, nəşriyyatın redaksiyaya ünvanladığı tələbnamənin surətini sosial şəbəkələrdə paylaşıb. Qəzetə göndərilən tələbnamədə deyilir ki, nəşriyyatla redaksiya arasında başlanmış müqavilələrə əsasən, 20.05.2014-cü il tarixinədək redaksiyanın nəşriyyata çap xərclərinə görə 17018,00 manat, kommunal xərclərə görə 982,00 manat, ümumilikdə 18 000 manat debitor borcu yaranıb.

Nəşriyyat məbləğin iyunun 1-dək hissə-hissə ödənməsini xahiş edir. Əks halda qəzetin çap edilməsi və digər xidmətlərin göstərilməsi dayandırılacaq.

Ana səhifəXəbərlər“Azadlıq” qəzetinin çapı dayandırıla bilər