“Azadlıq-2015” bloku buraxıldı

Ancaq M.Mirəlioğlu tərəfdaşları ilə əməkdaşlıqlarını davam etdirəcəklərini söylədi

Source:


Ancaq M.Mirəlioğlu tərəfdaşları ilə əməkdaşlıqlarını davam etdirəcəklərini söylədi

Bu barədə KXCP sədri Mirmahmud Mirəlioğlu Meydan TV-yə məlumat verib. O, seçki bitdiyindən blok şəklində fəıaliyyətə ehtiyac görmədiklərini dedi: “Çünki bu blok seçki ilə bağlı təsis olunmuşdu”.

Ancaq M.Mirəlioğlu tərəfdaşları ilə əməkdaşlıqlarını davam etdirəcəklərini söylədi.

“Azadlıq-2015” seçki blokuna Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxil idi.

Azad Demokratlar Partiyası seçkidə iştirak qərarı veriləndə blokla əməıkdaşlığı dayandırdıqlarını bəyan etmişdi.

Blokdan 1 noyabr seçkilərində irəli sürülən namizədlərin heç biri mandat qazana bilmədi.

Ana səhifəXəbərlər“Azadlıq-2015” bloku buraxıldı