Azadlığın redaktoru da ifadə verdi

Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib.

Source:
Sücəddin Şərifov
Sücəddin Şərifov

Sentyabrın 7-də “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şahid qismində ifadə verib.

Bu barədə “Turan” İnformasiya Agentliyinə Sücəddin Şərifov özü məlumat verib.

“Bu gün (sentyabrın 7-si) səhər saatlarında Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən zəng edib şahid qismində dəvət etdilər. Təfərrüatlara vara bilmərəm. Ümumi onu deyə bilərəm ki, saat 15-də başlayan dindirmə iki saata yaxın çəkdi. Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi. Dindirilməni idarənin müstəntiqi Aqil Ələsgərov apardı”, jurnalist bildirib.

Suallar Faiq Əmirliyə açılmış cinayət işi ilə bağlı idi.

Sücəddin Şərifovdan əvvəl qəzetin əməkdaşları Xəyal Babayev və Vidadi Məmmədov da Ağır Cinayətlərə Dair İstintaq idarəsində bu işlə bağlı dindirilib.

“Azadlıq” qəzetinin yayım üzrə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-də saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının “Hizmet” hərəkatının imamı kimi təqdim edir.

Ana səhifəXəbərlərAzadlığın redaktoru da ifadə verdi