Azad Rəhimovun oğlu işdən çıxarıldı

Arif Rəhimov. Foto: Report.az

Bundan sonra həmin vəzifəni Maqsud Fərzullayev icra edəcək

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov vəzifəsindən azad edilib. Bundan sonra həmin vəzifəni Maqsud Fərzullayev icra edəcək. Maqsud Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb.

Məlumatı oktyabrın 18-də Bakı Şəhər İcra Hakimiyyəti yayıb.

2015-ci ildən Bakı Şəhər Halqasının icraçı direktoru olan Arif Rəhimov sabiq gənclər və idman naziri, mərhum Azad Rəhimovun oğludur. 2006-cı ildən gənclər və idman naziri olan Azad Rəhimov ötən il Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində vəfat edib.

Formula 1 Azərbaycan 2016-cı ildən Bakı şəhərində keçirilir. Formula 1 Dünya Çempionatının beşinci yarışı 28-30 aprel 2023-cü il tarixlərində keçiriləcək.

Ana səhifəXəbərlərAzad Rəhimovun oğlu işdən çıxarıldı