“Ara
ş
d
ı
rma yaz
ı
s
ı
na g
ö
r
ə
ald
ığı
m qonorard
ı
r v
ə
m
ö
vzu Rusiyadan deportasiya olunan az
ə
rbaycanl
ı
larla ba
ğ
l
ı
d
ı
r”
Araşdırmaçı jurnalist Aynur İmranovanın Beynəlxalq Bankdakı hesablarına Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qoyulub.
Bu barədə “Turan İA”-a Aynur İmranova özü bildirib. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində bir sıra yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində aşkar olunmuş qanun pozuntuları faktı üzrə Cinayət Məcəlləsinin 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.
Aynur İmranovaya Danimarka Krallığının “İnternational Media Support” təşkilatından hesabına köçürülmüş 1683 avro məbləğində pulu verməyiblər. İstintaq bunu həmin məbləğin sözügedən cinayət işinin predmeti ola biləcəyi ilə əsaslandırır.
Jurnalist isə nə bu cinayət işindən, nə də ümumiyyətlə baş verənlərdən xəbərdardır.
“Həmin pul sadəcə bir araşdırma yazısına görə aldığım qonorardır və araşdırmanın mövzusu Rusiyadan deportasiya olunan azərbaycanlılarla bağlıdır. Yəni məsələnin nə yerdə oldğunu bilmirəm”.
Jurnalist bildirib ki, bu iş üzrə nə zərərçəkən, nə də şahiddir.
Aynur İmranova istintaq orqanının əməllərindən məhkəməyə müraciət edəcəyini bildirib.
Məsələ ilə bağlı Respublika Baş Prokurorluğundan şərh almaq mümkün olmayıb.