Aydın Əliyev: “Manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”

“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı”

Source:

“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı”

“Gömrük rüsumları əvvəl də ABŞ dolları ilə hesablandığından manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”.


APA

-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bunu jurnalistlərə Dövlət Gömrük komitəsinin sədri Aydın Əliyev deyib.

“ABŞ dolları ilə hesablanan rüsum və vergilər manatın məzənnəsi ilə toplanırdı. Gömrük faizləri istər idxal-ixrac, istərsə də əlavə dəyər vergisi və aksiz dərəcələri əvvəlki kimidir”, – deyə A. Əliyev bildirib.

 DGK sədri onu da qeyd edib ki, məzənnə siyasətinin dəyişdirilməsi ilə əlaqədar gömrük rüsumlarına yenidən baxılması gözlənilmir: “Gömrük rüsumları və aksiz dərəcələri ilə bağlı olan məsələlərə adətən növbəti ilin büdcəsi və plan-proqnozlar müzakirə olunarkən baxılır. İl yeni başlayıb, ona görə də bu məsələlər gündəmdə deyil”.

Ana səhifəXəbərlərAydın Əliyev: “Manatın devalvasiyası gömrük sisteminə təsir göstərmir”