”Aydın Əliyev araşdırmanı sona qədər aparmayıb”

Qadir İbrahimli: “Təəssüf ki, gömrükdə şəffaflıqdan danışmaq mümkün deyil”

Source:


Qadir İbrahimli: “Təəssüf ki, gömrükdə şəffaflıqdan danışmaq mümkün deyil”

İqtisadçı Qadir İbrahimli Dövlət Gömrük Komitəsinin (DGK) sədri

Aydın Əliyevin

qlobal böhranın Azərbaycanın xarici ticarət dövriyyəsinə təsir etməsi barədə fikirlərini bölüşür. Onun sözlərinə görə, neftin qiyməti enəndən sonra bu məhsulun ixracatda çəkisi 80-81 faizə enib, halbuki əvvəl 93 faiz olub.

Ancaq Qadir İbrahimli hesab edir ki, komitə sədri Aydın Əliyev araşdırmanı sona qədər aparmayıb:

“Dövlət Statistika Komitəsinin 2016-cı ilin 9 aylıq məlumatlarına əsasən, qeyri-neft sektorunun ixracı da kəskin azalıb. Tutaq ki, “Azərsun” şirkətinin ixracı təxminən 2 dəfədən çox azalıb, yəni ixracın azalması yalnız neft sektoru ilə bağlı deyil. Bu amil qeyri-neft sektorunun rəqabətə davamlı olmadığını göstərir, rəqabətə davamlı olmayan sektor isə ixracatda uduzur, hazırkı Azərbaycan iqtisadiyyatında bu tendensiya baş verir. Halbuki, Mərkəzi Bankın sədri Elman Rüstəmov 2015-ci ilin 21 fevral devalvasiyası haqda demişdi ki, bu qərar ixracat potensialının artırılmasına və iqtisadiyyatın şaxələnməsinə xidmət edir. Ancaq ötən iki ildən sonra bəlli olub ki, devalvasiyadan sonra qeyri-neft sektoru azalıb”.

Qadir İbrahimli komitə sədrinin tabeliyində olanları cəzalandırması barədə fikirlərini belə qiymətləndirdi: “Müəyyən təsirlər ola bilər, amma fundamental təsirlərdən söhbət gedə bilməz. Bunun üçün həmin sistemin modernləşməsinə, şəffaf gömrük mühitinin yaradımasına ehtiyac var. Təəssüf ki, gömrükdə şəffaflıqdan danışmaq mümkün deyil”.

Ana səhifəXəbərlər”Aydın Əliyev araşdırmanı sona qədər aparmayıb”