AXCP VI qurultayını keçirir

Əli Kərimli: İlham Əliyevin içi boş olan və neftə dayanıqlı iqtisadi siyasəti iflasa uğrayıb

Source:


Əli Kərimli: İlham Əliyevin içi boş olan və neftə dayanıqlı iqtisadi siyasəti iflasa uğrayıb

Bu dəqiqələrdə Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyası VI Qurultayını qurultayını keçirir.Şəhidlərin ruhu yad ediləndən sonra katiblik, redaksiya heyəti, eyni zamanda, Laçın Əsgərli, Aqil Məhərrəmli, Sultan Murad, Türkel Əzizov, Emil Səlimov və Cabbar Savalanlıdan ibarət Say Komissiyası seçilib.

Daha sonra qurultayın gündəliyi təsdiqlənib.

Hesabat çıxışı edən partiya sədri Əli Kərimli bildirib ki, VI Qurultayda 800-ə yaxın nümayəndə iştirak edir. O, ölkədə ağır ictimai-icgtimai siyasi durum olduğunu, müxalifətin mıhd edilməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması, azad mətbuatın dağıdılması üçün ciddi səylər göstərildiyini söyləyib: “Hazırda 6 qurultay nümayəndəsi də daxil olmaqla 80 nəfər tanınmış ictimai-syasi xadim həbsdədir. Azərbaycanda müstəqil söz demək kriminal hesab olunur. Müxalifətçiləri ələ almaq, həbs etmək geniş yayılmış praktikaya çevrilib və nəticədə ölkə sülalə hakimiyyətinin nəzarətindədir. Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cəbhəsii Partiya mübarizəni davam etdirir. Cəbhəçilər öz əqidələrinə, Rəsulzadı-Elçibəy yoluna sədaqətli olmasaydılar bu illər ərzində qeyri-bərabər mübarizədə tab gətirə bilməzdilər. Onlar öz əqidələrindən və ləyaqətlərindən güc alaraq mübarizəni davam etdirirlər. 2010-cu ilə qədər hakimiyyət bildirirdi ki, müxalifətin əsas reallığı seçkidən seçkiyə olur, biz V qurultaydan sonra qərara gəldik ki, bütün zamanlarda meydanlarda olub haqqımızı tələb edəcəyik. 2010-cu il seçkilərindən sonra Azərbaycanda etiraz hərəkatı başlatdıq, 2 aprel mitinqi yadınızdadır. 2013-cü ildə əksər qüüvələri bir araya gətirib böyük mücadilə başlatdıq və çox hörmətli Cəmil Həsənli vasitəsilə hakimiyyətin rekordun təzlədik. Yəni hakimiyyət seçkidə səslərin 58 faizini saxtalaşdırmaqla kürsüsünü qoruya bildi. 2014-cü ildən başlayaraq ölkənin tanınmış siyasi-ictimai xadimləri həbs olundu, sülalə hakimiyyəti cəmiyyəti susduracağı qərarını versə də, alınmadı. Bu qədər repressiyadan sonra yenə də siyasi məhbuslara azadlıq hayqırdıq”.

Əli Kərimli 2015-ci ilin əvvəlindən ölkədə sosila gərginliyin artdığını xatırladıb bildirdi ki, “Talana son!” şüarlarıyla keçirilən mitinqlərlə AXCP mübarizənin önündə olduğunu göstərdi.

O, 1 noyabr seçkiləri barədə deyib ki, real müxalifətdən fərqli olaraq seçkiyə qatılanlar da var, onlar seçki saxtakarlığını ifşa edəcəklərini düşünrlər: “Amma hələ də onlardan bir hərəkət görünmür, bununla belə seçkidən sonra biz yenə də meydanlara çıxıb haqq səsimizi ucaldacayıq”.

Partiya sədri 2005, 2008, 2010 və 2013-cü illərdə AXCP-nin müxalifətin bir araya gəlməsi səylərindən və Milli Şuranın formalaşmasından danışıb: “Partiyamız birlikləri dağıdan yox, birlikləri qurub qoruyan partiyadır. Ötən illərdəki birliklər AXCP-nin güzəştləri nəticəsində baş tutub. Hamının bir araya gəlməsi üçün ilkin olaraq prezidentliyə namizədlikdən mən imtina etdim. Sonradan ictimai rəyin təsiri ilə bir çoxları prezidentliyə namizədliklərindən imtina etdilər”.

“Biz bugün real müxalifət olmaqdan qorxmayanalarla bir yerdəyik”,-deyən Əli Kərimli deyib ki, onlar AXCP-nin qərarlarını yerinə yetirməkdən qorxdular və sonradan həmin qüvvələr Milli Şuradan bir-bir getməli oldular: “Ötən müddətdə AXCP bir müxalifətin görməli olduğu işi görüb. Ona görə İlham Əliyevin içi boş olan və neftə dayanıqlı iqtisadi siyasəti iflasa uğrayıb”.

Ana səhifəXəbərlərAXCP VI qurultayını keçirir