İyunun 1-də Bakı Ağır Cinayətlər məhkəməsində cəbhəçi fəal Elvin Abdullayevə 6 il hökm oxundu. Elvin Abdullayev son sözündə bunları dedi: “Mən xoşbəxtəm, çünki mən qalibəm. Çünki mən siyasi məhbusam. Zalım diktatorun məni zindana salması mənim qələbəmdir. Məni Allahdan başqa heç kim mühakimə edə bilməz. Prezident İlham Əliyev başda olmaqla bu zalım sistem də burada mühakimə olunacaq. Bu ədalətsizliklərin hesabı sorulacaq. Mən heç nəyə görə peşman deyiləm. Çünki cinayət törətməmişəm. Əsl cinayətkarlar oturub vəzifələrdə. Eşq olsun haqqı nahaqqa satmayana, yaşasın zülmə boyun əyməyənlər, yaşasın Xalq Cəbhəsi!”.
Cəbhəçi fəal külli miqdarda narkotik maddə saxlamaqda təqsirləndirilir. Amma Elvin Abdullayev və onun ailəsi həbsi siyasi sifariş hesab edirlər.