AXCP üzvü azadlıqdan məhrum edildi

Vəkil: “Elnur Fərəcov təxribatla üzləşib”

Source:

Elnur Fərəcov
Elnur Fərəcov


Vəkil: “Elnur Fərəcov təxribatla üzləşib”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Fərəcov Neftçala rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Məlumatı AzadlıqRadiosu vəkil Nemət Kərimliyə istinadən yayıb.

E.Fərəcov CM-in 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib.

AXCP üzvü ilə bağlı cinayət işi ötən ilin dekabrında açılıb. Vəkilin sözlərinə görə, ona qarşı təxribat edilib. Belə ki, bir nəfər Fərəcovla tanış olaraq, rayonda biznes qurmaq istədiyini deyib. Həmin şəxs Fərəcova onu işlə təmin etməyə söz verib. E.Fərəcov onunla razılaşıb və birlikdə çayxanaya gediblər. Bu zaman polis çayxananı mühasirəyə alıb və onun tanışının cibindən narkotik götürüblər. O isə narkotik vasitəni E.Fərəcovdan aldığını deyib. Həmin şəxsi “istintaqa yardım” adı ilə məsuliyyətdən azad ediblər. E.Fərəcov barəsində isə qətimkan tədbiri seçilib. “E.Fərəcovun məsələsi siyasi işdir və təqsirləndirilən şəxsin müxalif fəaliyyəti, etiraz aksiyalarında iştirakı ilə bağlıdır”, – vəkil bildirib.

Nemət Kərimli hökmdən şikayət edəcəklərini deyib.

Ana səhifəXəbərlərAXCP üzvü azadlıqdan məhrum edildi