AXCP üzvü 100 manat cərimə olundu

Məhkəmə onu Facebook-da tənqidi statuslar yazmaqda suçlayıb

Source:


Məhkəmə onu Facebook-da tənqidi statuslar yazmaqda suçlayıb

Aprelin 22-də AXCP Sumqayıt şöbəsinin və partiya Ali Məclisinin üzvü Elçin Həsənov Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb. Bu barədə Meydan TV-yə açıqlama verən Elcin Həsənov bildirib ki, polis onu  şəhər məhkəməsinə gətirib və “polisə müqavimət” ittihamı ilə 100 manat cərimə olunub.

AXCP üzvü deyib ki, onu məhkəmə zalından azad etmək əvəzinə yenidən 1- ci polis bölməsinə aparıb, pisixoloji təzyiq göstəriblər. “İki yüksək rütbəli polis əməkdaşı mənə hədə-qorxu gəldilər”-deyə Elçin Həsənov bildirib.

Cəbhəçi gənc saxlanmasının səbəbini Facebook-da tənqidi statuslar yazması ilə əlaqələndirir.

AXCP üzvü aprelin 23-də də şəhər polisinə çağrıldığını söyləyib.

Ana səhifəXəbərlərAXCP üzvü 100 manat cərimə olundu