AXCP-nin sökülən qərargahının sahibi saxlanılıb

Azər Əsgərov sökülən mülkünün yerində çadır qururmuş

Source:


Azər Əsgərov sökülən mülkünün yerində çadır qururmuş

Mayın 23-də AXCP-nin sökülən qərargahının sahibi Azər Əsgərovu Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları saxlayıblar. O, sökülən binanın yerində çadır qururmuş.

Bu barədə “Azadlıq” radiosuna məlumat verən Azər Əsgərov deyib ki, qalmağa yeri olmadığı üçün sökülən binanın yerində çadır qurub yaşamaq istəyib: “Yeni başlamışdım ki, polislər tökülüşüb gəldilər. Məni tutub gətirdilər polisə. Hazırda polisdəyəm. Bir azdan məhkəməyə aparacaqlar. Sökülən mülkə görə nə kompensasiya verirlər, nə də kirayə ev tutmağım üçün pul. Mən küçədə qalmalıyam?”

Nərimanov rayon 18-ci polis bölməsindən məsələ ilə bağlı məlumat verilmir.

Bu il martın 3-də AXCP qərargahının yerləşdiyi binanın zirzəmisində partlayış baş verib. Bundan sonra rəsmilər binanın artıq yaşayış üçün təhlükəli olduğunu deyərək binanı tam söküblər.

Mənzilin sahibi Azər Əsgərov və AXCP isə binanın zirzəmisində partlayışın qəsdən törədildiyini deyirlər.

Ana səhifəXəbərlərAXCP-nin sökülən qərargahının sahibi saxlanılıb