Nazim Həsənli haqda məlumat yoxdur
Yanvarın 12-də, axşam saatlarında Lənkəran Polis Şöbəsinin dörd əməkdaşı AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənlini saxlayaraq şöbəyə aparıblar. Bu barədə məlumatı
Azadlıq.info
saytı yayıb.
Məlumatda bildirilir ki, şöbə sədrinin polis tərəfindən saxlanmasına ilkin səbəb kimi bu gün Lənkəranda baş verən etiraz aksiyasıyı göstərilir.
Hazırda Nazim Həsənli haqda heç bir məlumat yoxdur.