”Bizə qarşı ölkəboyu polis hücumu davam edir”
Fevralın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin fəalları Elvin Bəhramov və Fərasət Əhmədovu polis saxlayıb. Onlar evlərindən polis bölməsinə aparılıblar. Məlumatı AXCP sədrinin müavini Gözəl Bayramlı “Facebook”-da paylaşıb.
Bildirir ki, hər iki gənc fəal Masallı Rayon Məhkəməsinə çıxarılıb. Polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə onlara 30 sutka inzibati həbs verilib:
“AXCP-yə qarşı ölkəboyu təzyiqlər davam edir. Hər iki fəal “Facebook”-da tənqidi yazılarına görə həbs olunub. AXCP-yə ölkəboyu polis hücumu davam edir”.
Fevralın 20-də daha bir AXCP fəalı Amil Məmmədzadə 30 sutka inzibati həbsə məhkum edilib.
Hüquq- mühafizə orqanları bu həbslərlə bağlı hələ şərh verməyiblər.