Avtovağzalın istinad divarı da sürüşür

“Avtovağzal ərazisindəki istinad divarı mütləq sökülməlidi

Source:


“Avtovağzal ərazisindəki istinad divarı mütləq sökülməlidi

r”

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Lent.az-a açıqlamasında  bildirib.

Ələmdar Piriyev bildirib ki, Avtovağzal kompleksi ərazisində oturma, aşınma prosesi hələ də davam edir, gün keçdikcə çatlarda genişlənmə müşahidə olunur: “Hazırda həmin ərazidə bərpa işləri davam etdirilir. Ərazi nəzarətdədir”.

İstinad divarının çox ciddi təhlükə yaratdığını vurğulayan Ə. Piriyev bildirib ki, Avtovağzal kompleksinə doğru sürüşən divar uça bilər: “İstinad divarının sökülməsini təklif etmişik. Çünki yağışların intensivləşdiyi zaman divar uça, beton dağıla bilər. Çox ciddi fəsadlar yaşanmasın deyə divarın tez bir zamanda sökülməsi, yenidən bərpa olunması mütləqdir”.

Ana səhifəXəbərlərAvtovağzalın istinad divarı da sürüşür