”Avtobuslarda nəfəs almaq olmur”

Avtobuslar pəncərələri açıq getsə də, bu içərini soyutmur. Çünki havanın hərarəti 38 dərəcədir. Hər kəsin əlində ya yelpik, ya da tərini silməyə dəsmal var. Sərnişinlər deyir ki, mənzil başına çatana qədər qan-tərə batırlar.

Ötən il Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma şirkətlərinə xəbərdarlıq etmişdi ki, 2017-ci ilin mayına qədər avtobuslarda soyutma, havalandırma sistemi qurulsun. Soyutma sistemi olmayan avtobusların xəttə buraxılmayacağı vurğulanmışdı. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bütün avtobuslarda soyutma sisteminin quraşdırılmasının 2018-ci ilə qədər uzanacağını deyir. O, bildirir ki, Bakıda 2100-ə yaxın avtobus işləyir. Onların sadəcə 30 faizində soyutma, havalandırma sistemi var.

Hidrometroloqlar isə deyir ki, havalar getdikcə istiləşəcək.

Ana səhifəVideo”Avtobuslarda nəfəs almaq olmur”